ABŞ prezidentinin səhhətində problem yaranıb

ABŞ prezidenti Barak Obama soyuqdəymə ilə bağlı boğazındakı ağrılarla əlaqədar şənbə günü həkim məsləhəti əsasında Uolter Rid adına ABŞ Silahlı Qüvvələrinin tibbi mərkəzində müayinədən keçmək qərarı verib. 
 
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coşua Ernest açıqlam yayıb. Onun sözlərinə görə, “iş qrafikində sərbəst vaxtının olması nəzərə alınaraq” Amerika liderinin müalicə həkimi – ABŞ Hərbi-Dəniz Qüvvələrini kapitanı Ronni Cekson ona müayinə üçün Uolter Rid mərkəzinə getməyi məsləhət görüb.
 
“Söhbət prezidentə təxirəsalınmaz kömək göstərməkdən getmir” - əlavə edib Ağ Ev rəsmisi. /

Google+ WhatsApp ok.ru