ABŞ qitələrarası ballistik raketləri vurmağa qadir sistemi uğurla sınaqdan keçirib

ABŞ qitələrarası ballistik raketləri vurmağa qadir sistemi uğurla sınaqdan keçirib

ABŞ hərbçiləri qitələrarası ballistik raketləri məhv etməyə qadir raketi uğurla sınaqdan keçirib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. 
 
Məlumata görə, Kaliforniyada yerləşən raketdən müdafiə sistemindən (Ground-based Midcourse Defense, GMD) buraxılan raket Sakit okeandakı Marşal adasında buraxılan hədəf raketi vurub.
 
GMD raketdən müdafiə sistemi 2005-ci ildən  istifadəyə verilib. Kaliforniya və Alyaskada 30-dək bu tip raket yerləşdirilib. 2017-ci il ərzində daha 15 GMD raketi yerləşdirmək planlaşdırılır. (apa)
 

Google+ WhatsApp ok.ru