ABŞ 'Qolan təpələrini' işğalçı İsrail ərazisi kimi niyə tanıdı?

ABŞ 'Qolan təpələrini' işğalçı İsrail ərazisi kimi niyə tanıdı?

ABŞ prezidenti Donald Tramp işğalçı İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasına dair sənəd imzalayıb və  sionist rejimin işğal etdiyi ərazini “onun ərazisi” adlandırdı. 

Maide.Az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Deklarasiya sionist rrjimin  baş naziri Binyamin Netanyahunun iştirakı ilə imzalanıb.

“Bu on illər əvvəl olmalı idi”, - Tramp deyib.

Onun sözlərinə görə, işğalçı rejim  Qolan təpələrini 1967-ci ildə nəzarətə götürüb ki, özünü müdafiə etsin.

Qeyd edək ki, Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı  İsrail rejimi  tərəfindən işğal edilmişdir. 1981-ci ildə sionist rejim Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.

Ekspertlər hesab edir ki, ABŞ prezidentinin bu addımı Qüdsün paytaxt kimi "tanınmasından" sonra növbəti hədəfidir. Əslində məsələnin mahiyyəti Yaxın Şərqdə məğlub olan ABŞ və müttəfiqlərinin "qisas" planıdır.

Uzun illər Suriyada apardığı müharibədə məğlub olan tərəflər bununla təskinlik tapmağa çalışır.

Eyni zamanda regionda hakim olan İran və Rusiyaya qarşı qıcıqlanndırıcı mövqedə dururlar. ABŞ artıq anlayır ki, regionda nüfuzunu tamamilə ititrib. Odur ki, sionist rejimi guya "təhlükədən" qorumaq üçün bu addımı atır. Amma əslində bu addımlar İsrailin bir dövlət kimi məhv olma prosesinin başlamasından xəbər verir. Regionda Fələstin xalqının oyanışı, o cümlədən İran və Türkiyə kimi müsəlman ölkələrinin dəstəyi, həmçinin regionda maraqları naminə bu ittifaqa qoşulan Rusiyanın gücü qarşısında İsrailin tab gətirə bilməyəcəyi aşkardır. Trampın bu addımları isə sadəcə küncə sıxılmış kəsin son "mübarizə" üsuludur.

Google+ WhatsApp ok.ru