ABŞ İranda əsir düşmüş dənizçilərin komandirinin rütbəsini aşağı salıb

ABŞ Donanması Yanvar ayında Bəsrə körfəzində İran sularına girdiklərinə görə əsir götürülən 10 ABŞ əsgərinin komandirinin rütbəsini aşağı salıb.
 
İslaminSesi BBC-ə istinadən bildirir ki, ABŞ Donanmasından verilən açıqlamaya görə flota görə məsuliyyət daşıyan komandir Erik Raşa etibarlarını itiriblər. ABŞ  komandirini səriştəsizliyinə görə vəzifədən uzaqlaşdırıldığını bildirib. 
 
 
Donanmadan verilən açıqlamaya görə onu başqa bir yerə təyin ediblər, lakin bu vəzifənin nə olduğu açıqlanmayıb.
 
Xatırladaq ki, yanvar ayında biri qadın olmaqla 10 amerikan əsgəri İran tərəfindən həbs olunmuşd. İran ABŞ-ın üzr istədiyini bildirərək 15 saatlıqdan həbsdən sonra hərbçiləri azad etmişdi. İran "onların İranın sularına qəsdən girmədiyini və üzr diləndiyinə görə buraxıldıqlarını " bildirmişdi.  /

 

 

 

Google+ WhatsApp ok.ru