Şabranda kütləvi zəhərlənmə

Şabranda kütləvi zəhərlənmə

Səhiyyə Nazirliyi Şabranda kütləvi zəhərlənməyə münasibət bildirib.
 
Maide.Az bildirir ki, nazirlikdən Oxu.Az-a verilən məlumata görə, zəhərlənənmə ilə müraciət edənlərin sayı 30 yox, 15 nəfərdir:
 
“Eyni məclisdə qida zəhərlənməsi ilə bağlı Şabran Rayon Mərkəzi Xəsətəxanasına 15 nəfər müraciət edib. Onların konkret tortdan zəhərləndiklərini demək olmaz.
 
Bəziləri digər qidaları yedikdən sonra vəziyyətlərinin pisləşdiyini deyir. Bundan əlavə daha 3 nəfər də qida zəhərlənməsi ehtimalı ilə müraciət edib. Lakin onlar həmin ad günü məclisində olan adamlar deyil. Müraciət edən şəxslərin mədəsi yuyulub. Vəziyyətləri stabildir. Ehtiyat məqsədi ilə həkim nəzarətində saxlanılırlar”.
 

Google+ WhatsApp ok.ru