Şabranda minik maşını ilə yük maşını toqquşub, ölən var - FOTO

Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun 9-cu kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90 JJ 574 dövlət nömrə nişanlı, “DAF” markalı yük maşını ilə 17 BC 909 dövlət nömrə nişanlı, “VAZ 2109” toqquşub.
 
Qəza nəticəsində minik maşınının sürücüsü, 1967-ci il təvəllüdlü Osmanov Bəxtiyar Murad oğlu dünyasını dəyişib. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Yük maşının sürücüsü, 1969-cu il təvəllüdlü Ramiz Allahverdiyev qəza zamanı xəsarət almayıb.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 
 
 
 

Google+ WhatsApp ok.ru