Şabranda qəzada ölənlərin sayı 3 nəfərə çatıb

Şabranda qəzada ölənlərin sayı 3 nəfərə çatıb

Şabran rayonunda baş verən yol qəzasında ağır yaralanan Cəlal Azad oğlu Babayev də ölüb.
 
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, o, H.Z.Tağıyev qəsəbəsindəki xəstəxanaya aparılarkən yolda keçinib.
 
Qeyd edək ki, Şabranda baş verən ağır yol qəzasında bundan öncə 2 nəfər (rayon sakinləri Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu) həyatını itirmişdi.  
 
 Qaraqaşlı kəndində qeydə alınan qəza zamanı digər rayon sakinləri - İsmayıl Zəkiyev, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Yaralılar Şabran Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır. 
 
Faktla bağlı araşdırma aparılır.
 

 

Google+ WhatsApp ok.ru