Şabranda yük maşını ilə minik maşını toqquşub, bir nəfər xəsarət alıb - FOTO

Bu gün səhər saatlarında Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun 121-ci km-də qeydə alınıb.
 
Siyəzən rayon sakini, 1979-cu il təvəllüdlü Cümşüd Qəhrəmanovun idarə etdiyi 40-BB-304 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı maşınla Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramiz Hüseynovun idarə etdiyi “Mercedes” markalı, 99-HL-046 dövlət nömrə nişanlı yük maşını toqquşub.
 
Qəza nəticəsində minik maşınının sürücüsü müxtəlif bədən xəsarətləri alıb.
 
O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru