ABŞ İranın neft satışını əngəlləməkdə aciz qaldı: səkkiz ölkəyə güzəşt olunacaq

ABŞ İranın neft satışını əngəlləməkdə aciz qaldı: səkkiz ölkəyə güzəşt olunacaq

ABŞ İran neftini idxal edən səkkiz ölkəyə güzəştə gedib. 
 
Maide.Az "Fars" agentliyinə istinadla  xəbər verir ki,  “Bloomberg” agentliyi güzəştlər edilən ölkələrin adlarını açıqlamasa da, onların arasında Yaponiya, Hindistan və Cənubi Koreyanın olduğunu qeyd edib. 
 
 Bu ölkələr güzəştlərə cavab olaraq qiymət artımına səbəb yaratmamaq üçün neft idxalını azaltmalıdır.
 
Güzəştlər barədə rəsmi bəyanatın bu gün elan olunacağı gözlənilir.
 
Qeyd edək ki, noyabrın 1-də ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla bağlı ciddi güzəştlərə getməyə hazır olduğu barədə məlumat yayılıb.  
 
Beynəlxalq ekspertlər hesab edir ki, ABŞ İran neftinin ixracatını əngəlləməkdə acizdir. Bundan öncə İranın neft naziri Bijən Namdar Zəngənə İranın neft ixracatına sanksiyanın tətbiqinin neft bazarlarında qiymətlərin kəskin artmasına səbəb olacağı ilə bağlı xəbərdarlıq etmişdi.  "Rəsmi Tehran mümkin hər vasitədən öz neft satışı üçün istifadə edəcək.  ABŞ İran neftinin beynəlxalq bazarlarda satışını tamamilə əngəlləyə bilməz",-deyə B.N. Zəngənə deyib. 
 

Google+ WhatsApp ok.ru