ABŞ İraqa əsgər göndərmək üçün fürsət gözləyir

ABŞ Baş Qərargah rəisi Martin Dempsey İŞİD terror təşkilatı ilə mübarizədə genişlədilmiş hava hücumu strategiyasının müvəffəqiyyətsizliyə uğraması halında ABŞ-ın İraqa quru qoşunları göndərməsini Obamaya təklif edə biləcəyini söyləyib. 
 
Maide.az-ın verdiyi məlumata görə, bu məsələdə haqlı çıxmağa ümid etdiyini deyən Dempsey, "əgər bu müvəffəqiyyətə uğramasa və ABŞ-a qarşı təhdidlər olsa, təbii ki, prezidentə ABŞ quru qüvvələrinin istifadə edilməsini özündə əks etdirən bir tövsiyə verə bilərəm", - deyə danışıb.
 
Qeyd edək ki, bu planla 2011-ci ilin sonunda İraqdan son əsgərini də çəkən ABŞ Dempseyin ifadələri reallaşsa, yenidən İraqa dönmüş olacaq. Bu dönmənin qısamüddətli olmayacağı da yenə Dempseyin açıqlamalarından aydın olur. Belə ki, Dempsey yeni ortaya çıxan terrorla mübarizənin uzunmüddətli olacağını açıqlamışdı. 

Google+ WhatsApp ok.ru