ABŞ İraqda ən böyük  hərbi bazasını tikir

ABŞ İraqda ən böyük hərbi bazasını tikir

-- Mosulun cənubunda

ABŞ hazırda İraq ərazisində ən böyük hərbi  bazasını tikir.  Bunu İraq təhlükəsizlik qüvvələrindən adını açıqlanamasını istəməyən mənbə  bildirib. 
 
Maide.Az  “alkawthar” xəbər saytına istinadən xəbər verir ki,  ABŞ-ın yeni tikəcəyi hərbi baza  Mosulun cənubunda  “Əl-Qəyarə” bölgəsindədir. 
 
Hazırda ABŞ öz hərbi texnikasını bu  bazaya yerləşdirib və bazada yenidənqurma işləri həyata keçirir.  
 
Qeyd edək ki, İraq siyasətçiləri  ABŞ-ın  bu ölkədə varlığının əleyhinədir. 
 
Onlar İŞİD-in məhv olduğunu və Birləşmiş Ştatların hərbiçilərinin ölkə ərazisində qalması üçün hər hansı bir bəhanəsinin olmadığını vurğulayır və ABŞ hərbiçilərinin İraqdan çıxmasını tələb edirlər. 
 

Google+ WhatsApp ok.ru