ABŞ  İraqdakı  ‘Ayn əl-Əsəd’ aviabazasını genişləndirməyə çalışır

ABŞ İraqdakı ‘Ayn əl-Əsəd’ aviabazasını genişləndirməyə çalışır

İraq mətbuatı yazır ki, ABŞ hökuməti və hərbi rəhbərlik Bağdaddakı "Ayn əl-Əsəd" aviabazasını genişləndirməyə çalışır. 
 
Maide.Az xəbər verir ki, məlumata görə, "Ayn əl-Əsəd" səfirlik üçün seçilib, çünki hava bazası tam təhlükəsizliyə malikdir, ətrafı səhra bölgəsidir və Amerika hava qüvvələri və pilotsuz təyyarələr daim uçmaqdadır.
 
Son aylarda Amerikanın İraqdakı hərbi bazaları və eyni zamanda səfirliyi bir neçə dəfə hücuma məruz qalıb.
 
İraq qrupları ölkənin hökmranlığının daim ABŞ tərəfindən pozulduğuna etiraz edirlər və Amerika qoşunlarının İraqdan çəkilməsini vurğulayırlar.

Google+ WhatsApp ok.ru