ABŞ İraqdan Suriyaya 50 yük maşını  hərbi texnika göndərib

ABŞ İraqdan Suriyaya 50 yük maşını hərbi texnika göndərib

 

ABŞ-ın hərbi və logistika texnikasının 50 yük maşını İraqdan Suriyaya daxil olub. 

Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, ABŞ-ın hərbi yük karvanı, hərbi helikopterlərin dəstəyi ilə Suriya ərazisinə keçərək Əl-Haka əyalətinin cənub hissəsində yerləşən Əl-Şəddad şəhərinə yola düşüb.
 
Suriyalı politoloq Taleb Zifanın sözlərinə görə, ABŞ-ın son zamanlar neft quyuları ətrafında apardığı hərbi əməliyyatlar bu ölkənin Suriya hökumətinə təsrin sövdələşməsinə "razılıq verməsi və İranla münasibətlərini azaltması üçün təzyiqinin bir formasıdır.
 
T.Zifa deyib: "Əl-Rəqqi terrorçuların əlindən qurtulduqdan sonra, indi amerikalılar əl-Rəqqanın bəzi hissələrində terrorçu qrupları bərpa etməyə çalışır və bununla da Dəməşq və kürdlər arasında danışıqların başlanmasına bir növ təzyiq edir.

 

Google+ WhatsApp ok.ru