ABŞ İraq ordusunun mövqelərini bombaladı: 25 döyüşçü şəhid oldu

ABŞ İraq ordusunun mövqelərini bombaladı: 25 döyüşçü şəhid oldu

ABŞ-ın Hərbi Hava Qüvvələrinin İraqın Suriya ilə sərhəddəki Əl-Kaim şəhərində İraq ordusunun tərkibində olan xalq könüllülər qüvvələrinin  - "Həşd Şabi"nin 45 və 46-cı briqadasının mövqelərinə endirdiyi aviazərbələr nəticəsində   25 döyüşçü şəhid olub, 50 nəfər yaralanıb. 
 
Maide.Az  xəbər verir ki, bu barədə bazar günü "As Sumaria" telekanalı bildirib.
 
İraqın "Al-Haşd əş-Şaabi" xalq könüllülər qüvvələrinin komandanının müavini Əbu Mahdi əl-Muhendis ABŞ-a xəbərdarlıq edərək bildirib ki, Pentaqonun hücumu cəzasız qalmayacaq.
 
"İraqda ABŞ qüvvələrini sərt cavab gözləyir", - deyə o qeyd edib.
 
 Qeyd edək ki,  "Al-Haşd əş-Şaabi" qüvvələri İraq ordusunun tərəfində vuruşaraq İŞİD terror qruplaşmasının darmadağın edilməsinə töhfə verib. Bundan başqa, onlar Suriyanın Bu-Kemal ərazisində İŞİD dəstələrinə qarşı əməliyyatlarda da iştirak ediblər.
 

Google+ WhatsApp ok.ru