ABŞ Rusiya ilə hərbi əməkdaşlığa qadağa qoydu

ABŞ Rusiya ilə hərbi əməkdaşlığa qadağa qoydu

ABŞ Senatı ölkənin 2017-ci il müdafiə büdcəsi layihəsini qəbul edib.

Layihə ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) Rusiya ilə əməkdaşlıq etməyi qadağan edir.

Büdcə layihəsini daha əvvəl Konqresin Nümayəndələr Palatası bəyənib. Layihəyə əsasən, Rusiya Ukraynaya qarşı təcavüzü dayandırana kimi, Pentaqon Rusiya ilə əməkdaşlığa maliyyə vəsaiti ayırmayacaq.

Bundan başqa, layihə işğal edilmiş Krım yarımadası üzərində Rusiyanın suverenliyini qanuniləşdirən hər hansı fəaliyyətin maliyyələşdirilməsini qadağan edir.

Büdcə layihəsinə əsasən, 2017-ci ildə Ukraynaya 350 milyon dollar hərbi yardım veriləcək. 2016-cı ildə bu rəqəm 300 milyon dollar idi. (publika.az) /

Google+ WhatsApp ok.ru