ABŞ səfirinin xanımı Azərbaycanda vəhhabilərlə gizli görüş keçirib

ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Morninqstar (2012-ci ilin iyunu – 2014-cü ilin avqustu) və xanımının Azərbaycanda dindarla gizli görüşü haqda məlumatlar yayılıb.
 
Publika.az-a özəl mənbələrdən daxil olan məlumata görə, Morninqstar 2013-cü ilin mart ayının sonlarında Azərbaycanın Şimal bölgəsinə - Quba və Xaçmaz rayonlarına səfər edib. Morninqstarın səfəri ilə bağlı protokolda məqsədin bölgədəki ictimai təşkilatlarla görüş olaraq göstərilib. Səfir protokoldan kənara çıxmayıb.
 
Lakin onun xanımı Feyt Pirs Morninqstar həyat yoldaşının protokoldan kənara çıxa bilmədiklərini yerinə yetirib. Belə ki, xanım Morninqstar Quba və Xaçmazda vəhhabilərin də iştirak etdiyi qapalı görüşlər keçirib. Görüşdə bölgənin vəhhabi liderləri, eləcə də dindar xanımlar iştirak edib. Mənbə qeyd edir ki, görüşdə danışılan bütün məsələlər masaüstü kompüterdə qeydə alınıb. Məqsəd bölgənin dini mənzərəsini dəqiq şəkildə öyrənmək olub.
 
Hətta Qubada keçirilən görüşlərin birində mobil operatorlar da işləməyib. Ehtimal edilir ki, bu, səfirliyin izlənə biləcəyindən narahatlığı ilə bağlı olub. Amma müdaxilənin hansı formada olduğu və ümumiyyətlə, olub-olmadığı dəqiq deyil.
 
Məlumata görə, səfir Morninqstarın səfərinin əsl məqsədi bölgədəki ictimai təşkilatlarını aktivləşdirmək olub./
 

Google+ WhatsApp ok.ru