ABŞ Səudiyyə Ərəbistanına silah satışını təsdiqlədi 22 Sentyabr 2016 01:00 Dünya ABŞ Səudiyyə Ərəbistanını rejiminə silah satışını təsdiqlədi Maide.Az-ın məlumatına görə, ABŞ senatı, prezident Obama rəhbərliyinin, Səudiyyə Ərəbistanına bir milyard dollardan artıq tank və silah satışı layihəsini təsdiq edib. Senatda keçirilən səsvermədə bu layihənin həyata keçirilməsinə razılıq verilib. Qeyd edək ki, rəsmi pentaqon, avqust ayının 9-da Səudiyyə Ərəbistanına 1,15 milyard dollarlıq 130 tank, 20 zirehli maşın və digər avadanlıq satmışdı. Xatırladaq ki, təcavüzkar Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri, 2015-ci ilin mart ayından bəri Yəmənə hava hücumları təşkil edir. BMT-nin yaydığı hesabata görə, hücumlarda minlərlə dinc sakin dünyasını dəyişib. Səudiyyə rejiminin Amerikadan aldığı müasir silahlarla Yəmən müsəlman xalqına hər gün hava hücumları təşkil edir. İndiyə qədər bu hücumlarda 7 mindən çox dinc sakin ölüb, on minlərlə insan yaralanıb. Ölənlərin əksəriyyəti qadınlar və körpə uşaqlardır. Səudiyyə Ərəbistanının rejiminin müdafiəsiz Yəmən xalqına qarşı bu silahlardan istifadə etməsinə baxmayaraq, Amerika senatı bu ölkəyə yenidən silah satılmasını təsdiq edib. / Teqlər : #ABŞ Səudiyyə Ərəbistanına silah satışını təsdiqlədi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İndoneziyada daşqınlar və torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb, 18 nəfər itkin düşüb KİV: İslam Kərimovun qızı psixiatrik xəstəxanada yatır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO