ABŞ səfirliyinin Qüdsə köçürülməsi planı beynəlxalq hüquq normalarına ziddir - Rusiya nümayəndə heyəti

ABŞ səfirliyinin Qüdsə köçürülməsi planı beynəlxalq hüquq normalarına ziddir - Rusiya nümayəndə heyəti

Tehranda Fələstin Xalq İntifadasına dəstək üzrə 6-cı beynəlxalq konfrans keçirilir. Konfrans İran parlamenti tərəfindən təşkil edilib. Tədbirdə Rusiya nümayəndə heyəti tərkibində yazıçı Aleksandr Proxanov və Dövlət Dumasının keçmiş deputatı Sergey Baburin iştirak edir.
 
SalamNews-un İran KİV-nə istinadən xəbərinə görə, Sergey Baburin İsraildəki ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinin beynəlxalq hüquq normalarına zidd olduğunu bəyan edib. O, həmçinin vurğulayıb ki, Rusiya hər zaman Fələstin xalqının ədalətli mübarizəsini dəstəkləyib. Rusiyalı siyasətçi bütün Yaxın Şərq ölkələrini İsrailin Qüdsə zərər yetirməsinə imkan verməməyə çağırıb.
 
Sergey Baburin bundan əlavə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneyiyə, eləcə də İran xalqı və ordusuna Suriyanın bütövlüyü uğrunda mübarizədə rusiyalı hərbçilərlə çiyin-çiyinə iştirak etdiklərinə görə təşəkkür edib.

Google+ WhatsApp ok.ru