ABŞ Səudiyyə üçün 300 milyard dollarlıq silah sazişi hazırlayır

ABŞ Səudiyyə üçün 300 milyard dollarlıq silah sazişi hazırlayır

Ağ ev rəsmilərindən birinin açıqlamasına görə, prezident Donald Trump hökuməti Səudiyyə Ərəbistanı üçün dəyəri 100 milyard dollardan artıq silah sazişi hazırlayır. 
 
Maide.Az xəbər verir ki, sazişlə bağlı xəbəri “Reuters” mayın 12-də yayıb. Ağ ev rəsmilərinin bildirdiyinə görə, on il ərzində silah ticarəti 300 milyard dolları keçə bilər.
 
Trump mayın 19-da prezident kimi ilk beynəlxalq səfərinə başlayır və ilk olaraq Səudiyyəyə gedəcək. 
 
Ağ ev rəsmisi bu müqavilənin hazırlanmasından məqsədin Səudiyyə Ərəbistanının Silahlı Qüvvələrinin gücünün artırılması olduğunu bildirib. 
 
D.Trump səfər çərçivəsində Səudiyyəlilərə THAAD raket sistemlərinin satışı üzrə 1 milyard dollar dəyərində müqavilə imzalamağı təklif edəcək. Həmçinin, 11,5 milyard dollar dəyərində dörd hərbi gəminin satışı üzrə müqavilənin imzalanmasını təklif edəcək.  
 
Məlumata görə, Səudiyyə Ərəbistanı Amerikadan Birləşmiş Ştatlar tarixən Səudiyyəni silahla təmin edib, ona on milyardlarla dollar dəyərində F-15 qırıcıları və digər silahlar satıb.
 
Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində minlərlə dinc sakin həyatını itirir. İnsan haqları qrupları Səudiyyə Ərəbistana silah satışını məhdudlaşdırmağa çağırırlar. Lakin Amerika və bəzi Qərb ölkələri Səudiyyə rejimini bu hücumlarda məlumat ötürmə və silahla təmin etməklə dəstəkləyir. (presstv) /
 
نظامیان سعودی (تصویر آرشیوی)

Google+ WhatsApp ok.ru