ABŞ Səudiyyə Ərəbistanında Patriot hava hücumundan müdafiə sistemləri və 200 hərbi qüvvə yerləşdirəcək

ABŞ Səudiyyə Ərəbistanında Patriot hava hücumundan müdafiə sistemləri və 200 hərbi qüvvə yerləşdirəcək

Pentaqon nümayəndəsi Conatan Hoffman deyib ki, ABŞ Səudiyyə Ərəbistanına Patriot hava hücumundan müdafiə sistemlərinin əlavə batareyası və təxminən 200 hərbiçi göndərəcək.

Maide.Az xarici KİV-ə istinadla bildirir ki, Onun sözlərinə görə, qərar "Saudi Aramco" şirkətinin neft obyektlərinə hücumdan sonra verilib.

Hoffman tədbirin Səudiyyə orqanlarının istəyi ilə alındığını qeyd edib.

ABŞ ordusunun nümayəndəsi həmçinin bildirib ki, Vaşinqton krallığa dörd Sentinel radarı göndərəcək.

Hoffman əlavə qüvvələrin yerləşdirilməsinin həm Səudiyyə Ərəbistanının özünün, həm də bölgədə yerləşdirilən ABŞ Ordusu bölmələrinin təhlükəsizliyini gücləndirəcəyini bildirib.

Bundan əvvəl Pentaqon rəhbəri Mark Esper, ABŞ-ın THAAD raketdən müdafiə sistemini krallığa göndərə biləcəklərini demişdi.

Google+ WhatsApp ok.ru