ABŞ səfirliyi önündə partlayış, yaralılar var

ABŞ səfirliyi önündə partlayış, yaralılar var

Birləşmiş Ştatların Tunisdəki səfirliyi qarşısında partlayış törədib.
 
Maide.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verir. 
 
Məlumata əsasən, motosikletdə olan terrorçunun özünü partlatması nəticəsində 5 təhlükəsizlik orqanı əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.
 
Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. /sputnik.az /
 
 

Google+ WhatsApp ok.ru