ABŞ senatının üzvü: Husilər Əlqaidə ilə savaşan əsl mübarizlərdirlər

Maide.az-ın məlumatına görə, Amerika senatının üzvü Riçard Blak deyib ki, Ərəbistan və Türkiyə İŞİD-in əsas hamiləri, husilər də Əl-Qaidəyə qarşı savaşan əsl mübarizlərdirlər.
 
O, həmçinin xatırladıb ki, husilərin Yəməndə irəliləmələrindən sonra "Vaşinqton Post" qəzetinin dərc etdiyi xəritədən onların Əl-Qaidənin nəzarəti altında olan məntəqələrdə savaşdıqları aydın olur: "Yəməndəki amerikalı qüvvələr Əl-Qqaidənin nəzarəti altında olan məntəqələrdən heç birinə daxil ola bilməzdilər, amma husilər Əl-Qqaidənin mühüm məntəqələrindən birini nəzarət altına ala bildilər."
 
O, vurğulayıb ki, Amerika iqtisadi maraqlar, ailəvi əlaqələr və bu kimi dəlil və məsələlər üzündən Ərəbistanla həmkarlıq edir, halbuki, Ərəbistan dünyada terrorizmin mühərrikidir. 
 
Riçard Blak deyib ki, Əl-Qaidə, İŞİD və ya Boko Haram səudiyyəli vəhhabi təfəkkürə malikdirlər və Vaşinqtonun onlarla əlaqələrinin olması təəssüfləndirici haldır.

Google+ WhatsApp ok.ru