ABŞ Sorosun müdafiəsinə başladı

ABŞ Sorosun müdafiəsinə başladı

Biz Macarıstanın yeni qanunvericiliyinin Mərkəzi Avropa Universitetinin əleyhinə olmasından narahatıq.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin yardımçısının müavini Xoyt Yi söyləyib. O, yeni qəbul edilən qanunun Mərkəzi Avropa Universiteti üçün təhlükə yaratdığını bildirib.
 
Yi Macarıstanın yeni qanununun universitetə zərər vurmasına baxmayaraq, bu ölkənin hələ də Vaşinqtonun müttəfiqi olduğunu bildirib.
 
Qeyd edək ki, Mərkəzi Avropa Universiteti amerikalı milyarder Corc Sorosa məxsusdur. Macarıstanda təhsil haqqında qanuna edilən dəyişikliklərdən sonra bu universitetin bağlanma təhlükəsi yaranıb.
 

Google+ WhatsApp ok.ru