ABŞ strateji ehtiyatdan xam neft satışını dayandırdı 11 Mart 2020 09:28 Dünya ABŞ-ın Energetika Nazirliyi strateji ehtiyatdan xam neft satmaq barədə daha əvvəlki qərarını ləğv edib. Bu barədə qurumun sözçüsü Cess Şimanski açıqlama verib. “Neft bazrındakı son vəziyyəti nəzərə alaraq, strateji neft ehtiyatından daha əvvəlki qərara müvafiq olaraq xam neft satışını dayandırırıq. İndi satış vaxtı deyil. Vəziyyəti izləməyə, neft bazarlarını dəyərləndirməyə davam edərək dəyişikliklərə dair yeni məlumatlar verəcəyik”, - C.Şimanski bildirib. Qeyd edək ki, xam neftin satışına dair hərrac mart ayının 10-na təyin olunmuşdu. Ayın əvvəlinə olan məlumata görə, 635 milyon barel neftin olduğu strateji ehtiyatlardan aprel-may aylarında tədarük etmək şərtilə satış üçün 12 milyon barel xam neft ayırmaq nəzərdə tutulmuşdu. Sözügedən hərrac dövlət anbarlarını əsaslı təmir etməyə vəsait əldə etmək üçün hələ 2015-ci ildə Barak Obama hökuməti tərəfindən elan olunmuşdu. Donald Tramp administrasiyası strateji neft ehtiyatlarından bu il ərzində 15 milyon barel, 2027-ci ilədək isə 270 milyon barel satmaq niyyətindədir. /Report Teqlər : #ABŞ,#strateji,#ehtiyatdan,#xam,#neft,#satışını,#dayandırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanda daha 4 məscid yandırıldı ABŞ-ın daha bir şəhərində Azan səsgücləndiricilər vasitəsilə yüksək səslə veriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO