ABŞ Suriyada xəstəxananı bombaladığını etiraf etdi

ABŞ Suriyada xəstəxananı bombaladığını etiraf etdi

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr Əz-Zor vilayətinin Hacin rayonunda bir xəstəxananı vurduqlarını açıqlayıb.

 

Maide.Az  Sputnik-ə istinadən xəbər verir ki, koalisiyadan edilən yazılı bəyanatda belə qeyd olunub: “İŞİD qüvvələri dekabrın 9-da Koalisiyanın ortaqlarına hücum etmək üçün Hacin xəstəxanasını istifadə etdi. Bu fəaliyyətləri ilə İŞİD xəstəxananı Cenevrə Konvensiyası çərçivəsində qorunan bir obyektdən əksinə bir məqsədlə istifadə edərək, xəstəxananın silahlı toqquşma qanunlarını təmin edən qorunma statusunu itirməsinə səbəb olub”.

 

Gündəlik mətbuat konfransında danışan ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü polkovnik Rob Manninq, belə deyib: “Xəstəxanaların istifadə edilməsi qəbul edilməzdir və bu İŞİD tərəfindən istifadə edilən standart bir taktikadır”.

 

Google+ WhatsApp ok.ru