ABŞ Suriyaya 54 maşından ibarət daha bir hərbi karvan göndərib

ABŞ Suriyaya 54 maşından ibarət daha bir hərbi karvan göndərib

ABŞ İraqın şimlından Suriyanın şimal-şərqinə hərbi təchizat, silah-sursat və zirehli maşınlar daşıyan daha bir böyük karvan ezam edib.
 
Bu barədə yerli mənbələr məlumat veriblər.
 
Bildirilib ki, İraqın şimalından Suriyanın şimal-şərqində yerləşən Həsəka əyalətinə və Qamışlı rayonuna hərbi təchizat, silah-sursat və zirehli maşınlar daşıyan daha bir böyük karvan ezam edilib.
 
Məlumata görə hərbi karvan əl-Vəlid keçidindən daxil olaraq Suriyanın şimal-şərqində M4 yoluna daxil olub.
 
Qeyd edək ki, İŞİD bölgədə məğlub edildikdən sonra ABŞ və onun dəstəklədiyi kürd bölmələri Fəratın şərqinin böyük əksəriyyətini zəbt ediblər. ABŞ prezidenti Donald Tramp bölgə ilə bağlı son açıqlamasında bildirib ki, buradakı neft quyularının təhlükəsizliyi ABŞ üçün əhəmiyyətlidir. / SalamNews  /

Google+ WhatsApp ok.ru