ABŞ sözçüsü: `İran ilə anlaşmasaq, bütün etibarımızı itirəcəyik`

Maide.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tuner bir jurnalistin "İran ilə nüvə anlaşmasının əhəmiyyəti sizin üçün Şimali Koreya məsələsi ilə müqayisədə daha əhəmiyyətlidir?" sualına cavab olaraq deyib ki, "Biz İran ilə tarixi bir ana çatmışıq və onların nüvə silahına yiyələnmələrinin önlənilməsi mərhələsindəyik. Bu böyük bir anlaşmadır və tam ciddi formada izləyirik."
 
ABŞ dövlət katibi Con Kerri və energetika naziri Ernest Muniz, habelə başqaları bunun ən yaxşı anlaşma olduğunu ABŞ xalqına başa salmağa çalışırlar. 
 
ABŞ Dövlət Departamentinin sözçüsü həmçinin deyib: "Əgər Konqres İran ilə anlaşmanı rədd edərsə, o zaman sanksiyalar rejimi zəifləyəcək və dağılacaq."

Google+ WhatsApp ok.ru