ABŞ təyyarəçiləri yüzlərlə mülki `insani səhv` ucbatından öldürdü

Əfqanıstanın Gündüz şəhərində "Sərhədsiz həkimlər" təşkilatının hospitalının bombalanması "insani səhv, təlimatın pozulması və texniki məsələlərlə" bağlı olub.
 
Bu barədə hadisə ilə bağlı Pentaqonun apardığı araşdırmanın yekun protokolunda bildirilir.
 
3 min səhifədən ibarət olan hesabat bu gün rəsmən açıqlanacaq. Ancaq mətbuata artıq sənədin bəzi detalları məlumdur.
 
Pentaqondakı mənbə "The New York Times"a açıqlamasında bildirib ki, hücumda məqsəd hospitalın yaxınlığında yerləşən taliblərə məxsus obyektləri vurmaq olub. Ancaq "AC-130"un ekipajı hədəfi düzgün seçmək üçün müşahidə cihazlarından istifadə etmək imkanına malik olmadığından amerikalı və əfqan xüsusi təyinatlılarının şifahi təsvirinə əsaslanıb.
 
Qeyd edək ki, bombardman zamanı hospitalda 100 xəstə və 80 həkim olub. Çox sayda insan həlak olub və ya yaralanıb. Hadisədən dərhal sonra ABŞ prezidenti Barak Obama üzr istəyib. /cebhe.info/

Google+ WhatsApp ok.ru