ABŞ Talibanla sülh prosesini müzakirə edir

ABŞ Talibanla sülh prosesini müzakirə edir

ABŞ-ın Əfqanıstan üzrə xüsusi sülh elçisi Zalmay Khalilzad Qətərdə Taliban terror qruplaşmasının siyasi məsələlər üzrə başçısı ilə yeni danışıqlar aparıb.
 
Talibanın sözçüsü iyunun 7-də Twitter-də yazıb ki, Molla Abdul Ghani Baradar Khalilzad ilə məhbusların buraxılmasını, əfqandaxili danışıqların başlanmasını müzakirə ediblər.
 
Fevralda Birləşmiş Ştatlar ilə Taliban qruplaşmasının əldə etdiyi razılaşmanın məqsədi 18 ildir davam edən münaqişəyə son qoymaq idi. Sənəddə Talibanın təhlükəsizlik öhdəlikləri götürməsi əvəzində ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması nəzərdə tutulub.
 
Razılaşmaya görə, Kabil 5 min talibançı məhbusu, qruplaşma isə minədək əsiri azad etməlidirlər.
 
Khalilzad iyunun 7-də Pakistanın ordu rəhbəri General Qamar Javed Bajwa ilə ayrılıqda görüşüb. Məlumatı ABŞ-ın İslamabaddakı səfirliyi və Pakistan ordusu yayıb.
 
Tərəflərin “əfqandaxili danışıqların başlanması üçün tələb olunan addımları” müzakirə etdiyi bildirilir. /azadliq.org 
 
 
 

Google+ WhatsApp ok.ru