ABŞ tankları Latviyada - Gərginlik 09 Mart 2015 02:00 Dünya ABŞ Silahlı Qüvvələrinin 120-dən çox tankı və digər ağır zirehli texnikası bu gün Latviyaya gətirilib. Maide.az xəbər verir ki, ANS-in məlumatına görə, bu barədə Latviya Müdafiə Nazirliyi açıqlama yayıb. Nazirliyin məlumatına görə, M1A2 Abrams tankları, M2A3 Bradley zirehli maşınları, bundan başqa 120-dən çox hərbi texnika ABŞ-dan Latviyaya gətirilib. Latviya müdafiə naziri Raymon Beyonis Тwitter səhifəsində ABŞ ağır hərbi texnikasının Latviyaya gətirilməsinə münasibət bildirib: "Müttəfiqlərimiz NATO və ABŞ-ın Latviyaya dəstəyi regionun təhlükəsizliyi və suverenliyi üçündür". Qeyd edək ki, Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynanın şərqində münaqişənin davam etməsindən sonra ABŞ bəyan edib ki, Baltikyanı ölkələrə və Polşaya Amerika hərbçiləri yerləşdiriləcək. Hazırda Latviyada 150 amerikalı desantı var. Latviya 2004-cü ildən HATO-nun üzvüdür./ Teqlər : #ABŞ tankları Latviyada Gərginlik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran Xəzərə yeni hərbi gəmi buraxdı İstanbulda tacikistanlı müxalifət liderinin qətlində şübhəli bilinən 3 nəfər həbs olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO