ABŞ tankları sərhədimizdə 26 Mart 2015 02:00 Xəbərlər ABŞ desantları və ağır hərbi texnikası Gürcüstana gətirilib. ANS-in məlumatına görə, bu barədə Gürcüstan mətbuatı yazır. Xəbərə görə, ABŞ hərbçiləri, "Bredli" BMP-lərinin və tanklarının Gürcüstana gətirilməsinin səbəbi hərbi təlimlərdə iştirak etməkdir. Təlimlərin keçirilməsi hələ ötən ilin oktyabr ayında planlaşdırılmışdı. Təlimlərdə Gürcüstan hərbi polisi də iştirak edəcək. 2015-ci ilin payızında isə Gürcüstanda NATO təlim mərkəzinin açılması planlaşdırılır. Hazırda NATO ekspertləri ölkədə aerodrom və poliqonların mövcud olduğu potensial bazalara baxış keçirirlər./ Teqlər : #ABŞ tankları sərhədimizdə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaponiyanın qədimi məscidi İslamla tanışlıq turları təşkil edir İranın Nəzarət Şurasının katibi Ayətullah Cənnətinin həyat yoldaşı vəfat edib