ABŞ terrora dəstək verənləri `qara siyahıya` saldı

ABŞ-da Maliyyə və Xarici İşlər nazirlikləri aralarında bir türkün və bir gürcünün də olduğu bəzi şəxsləri və 2 təşkilatı İŞİD, Nusra Cəbhəsi, Əl-Qaidənin və Camaatı İslamiyəyə kömək etdiyi üçün terror siyahısına salıb.
 
Maide.az-ın məlumatına görə, Nazirliyin terror siyahısına saldığı şəxslər bunlardır:
 
- İŞİD-ə yardım edən Tarxan Teymurazoviç Batiraşvili, Tarik bin ət-Tahir bin Al Falih əl-Avni əl-Harzi;
 
- Nusra Cəbhəsi, Əl Qaidə və İraq ilə Yəməndəki qollarına maliyyə, texnoloji və tibbi ləvazimat dəstəyi verən Əbdüləziz Adayi Zimin əl-Fadil, Əşrəf Məhəmməd Yusuf Osman Abdussalam, Ömər əl-Qatari, Fateh Hasar (ləqəbi "Ubeyd Türki"), Hamad Avad Dahi Sarhan əş-Şəmmari və İbrahim İsa Hacı Məhəmməd əl-Bəkr;
 
- ABŞ və BMT-nin terör siyahısında olan Camaati İslamiyəyə dəstək verən Hilal Ahmar Cəmiyyəti İndoneziya təşkilatı ilə bərabər Angga Dimas Pershada, Bambang Sukirno, Wiji Joko Santoso;
 
Bildirilir ki, türk vətəndaşı Fateh Hasar Əfqanıstanda və Pakistanda fəaliyyət göstərən terrorçulara pul göndərməklə yanaşı, Əl Qaidə üzvlərinin səyahətlərinə də yardım göstərir.

Google+ WhatsApp ok.ru