ABŞ 'terrorla mübarizə' adı altında ötən il 102 dinc sakini öldürüb

ABŞ 'terrorla mübarizə' adı altında ötən il 102 dinc sakini öldürüb

Böyük Britaniyadakı bir QHT bildirir ki, ABŞ-ın keçən ilki hücumları nəticəsində İraq, Yəmən, Əfqanıstan, Somali və Nigeriyada ən azı 102 dinc sakin həlak olub.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Pentaqon, ABŞ Konqresinə 2020-ci ildə beş ölkəyə edilən hərbi hücumlarda 23 dinc sakinin öldüyünü söyləsə də, Britaniyanın “Airwars” qeyri hökumət təşkilatı ölənlərin sayının ABŞ-ın iddialarından qat-qat çox olduğunu açıqlayıb.
 
İraq, Suriya və Liviyada İŞİD-ə və digər terror qruplaşmalarına qarşı müharibə barədə məlumat verən Airwars, Pentaqonun mülki itkilərlə bağlı hesabatını təkzib edərək, belə qeyd edib: “Təşkilatımızın 2020-ci ildə ABŞ hücumlarının itkiləri barədə təqdim edə biləcəyi ən mühafizəkar statistika bu hücumlarda 102 mülki şəxsin ölümüdür”.
 
BMT-nin Əfqanıstandakı Missiyası 2020-ci ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Əfqanıstanda həyata keçirdiyi hava hücumlarında 89 nəfərin öldüyünü və 31 nəfərin yaralandığını açıqlayıb, lakin Hava Qüvvələrinə görə Pentaqon yalnız bir mülki şəxsin ölümünü etiraf edib.
 
Pentaqona görə, keçən il ABŞ-ın bu ölkələrə etdiyi hücumlarda təxminən 23 dinc sakin həlak olub və 10-a yaxın insan yaralanıb.
 
Məlumata görə, ABŞ-ın hücumlarında Əfqanıstanda 20, Somalidə 1, İraqda da 1 nəfər həlak olub. Pentaqon 23-cü mülki şəxsin harada öldüyünü göstərməyib.

Google+ WhatsApp ok.ru