ABŞ Türkiyə ilə bağlı hansı qərar verəcək? - Tramp 3 yol açıqladı

ABŞ Türkiyə ilə bağlı hansı qərar verəcək? - Tramp 3 yol açıqladı

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyada keçirdiyi əməliyyatla bağlı növbəti açıqlama verib.
 
Maide.Az xəbər verir ki, o, Türkiyə ordusunun hücum etdiyi bölgələrdən ABŞ əsgərlərini çıxardığını və işini mükəmməl gördüyünü söyləyib.
 
Tramp bununla belə ABŞ-ın qarşıda 3 seçiminin olduğunu söyləyib.
 
“Ya ora əsgər göndərəcəyik və hərbi olaraq qalib gələcəyik, ya Türkiyəni iqtisadi olaraq sanksiyalarla vuracağıq, ya da tərəflər arasında razılaşma üçün vasitəçilik edəcəyik. Lakin indi orada əsgərimiz yoxdur. Ən son istəyəcəyim şey minlərlə əsgəri yenidən Suriyaya göndərmək və qalib gəlməkdir”.
 
Qeyd edək ki, Türkiyə ordusu bir neçə gündür  Suriyanın şimalında “Sülh bulağı” adlı əməliyyatı keçirir.

Google+ WhatsApp ok.ru