ABU-da təhsili yarımçıq qalanların attestatı qaytarılır

“Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində təhsili yarımçıq qalan tələbələrin attestatlarının qaytarılmasına gələn həftə başlanacaq”
 
Bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.
 
C.Valehov bildirib ki, ilkin mərhələdə 5000 nəfərin attestatı qaytarılacaq: “Bu və ya digər səbəbdən attestatlarını ala bilməyən şəxslər nazirliyin 146 “Qaynar xətti”nə müraciət edib qeydiyyatdan keçməlidirlər. Sonra şəxsiyyət vəsiqələrini həftənin 2-ci və 3-cü günü nazirliyin Vətəndaşların qəbul mərkəzinə təqdim edərək öz attestatlarını ala bilərlər. Burada söhbət diplomdan yox, attestatdan gedir. Bu proses mərhələli şəkildə davam etdiriləcək” (APA).

Google+ WhatsApp ok.ru