ABŞ UNESCO-dan çıxdığını elan etdi

ABŞ UNESCO-dan çıxdığını elan etdi

İşğalçı İsrail rejiminə dəstək üçün

ABŞ işğalçı İsrail rejiminə dəstək məqsədi ilə  UNESCO-dan çıxır.
 
Maide.Az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Rəsmi Vaşinqton təşkilatda islahat edilməsinin lazım olduğunu düşünür.
 
 
Məlumatda bildirilir ki, ABŞ Fələstinin  UNESCO-ya üzv olmasına görə  bu qurumdan çıxır.  
 
Qeyd edək ki, 2011-ci ildə Vaşinqton təşkilatı maliyyələşdirməkdən imtina etmişdi. Buna səbəb onun sıralarına Fələstinin də qoşulması idi. ABŞ-dan sonra İsrail də eyni addımı atmışdı. Bununla da təşkilat maliyyələşməsindən 22 faiz itirmişdi. 
 
Xatırladaq ki, Fələstin 2011-ci ilin oktaybr ayında UNESCO-da keçirilmiş yığıncaqda, ABŞ və İsrailin əleyhinə səs vermələrinə baxmayaraq, qurumun əksər üzvlərinin dəstəyi ilə UNESCO-ya üzv seçilib. Cari ilin iyul ayında UNESCO  əl-Xəlil əhərinin tarixi hissəsini Fələstin obyekti kimi tanıyıb. Bu ABŞ və İsrailin etirazına və qəzəbinə səbəb olmuşdur. 

Google+ WhatsApp ok.ru