ABŞ və Avropa ölkələri Təl-Əvivə uçuşları dayandırdı

Avropa İttifaqının (Aİ) Aviasiya Təhlükəsizliyi Agentliyi ötən gün Aİ-nin bütün hava yolları şirkətlərinə məsləhət görüb ki, Fələstinin işğal olunmuş ərazisində (Tel-Əvivdə) yerləşən  Ben-Gurion hava limanına uçuşları ikinci bir xəbərdarlığa qədər dayandırsın.  

Maide.az-ın Fransa xəbər agentliyinə istinadən məlumatına görə,İslami Müqavimət hərəkatının  atdığı raket ötən gün Ben-Gurion hava limanı yaxınlığına düşüb. Bu raket hücumundan sonra Aİ Avasiya Təhlükəsizliyi  Agentliyi belə bir qərar qəbul edib.

Qeyd edək ki, ABŞ, Fransa , Belçika, Almaniya, Hollandiya, Avstriya, İsveçrə , Kanada, İrlandiya və Avstraliya ölkələrinin hava yolları şirkətləri artıq  Təl – Əvivə uçuşlarını dayandırıblar. /

Google+ WhatsApp ok.ru