ABŞ və Almaniya “Patriot” raketlərini Türkiyədən çıxarır 17 Avqust 2015 01:00 Dünya Almaniyanın müdafiə naziri Ursula von der Leyen bildirib ki, “Patriot” raketləri və ona xidmət edən 250 Almaniya hərbçisi Türkiyə ərazisindən yanvarın 31-dək çıxarılacaq. Birləşmiş Ştatlar və Almaniya bildiriblər ki, qonşu Suriyadakı münaqişənin təhlükələrini yenidən qiymətləndirdikdən sonra Türkiyənin cənubunda yerləşdirilmiş “Patriot” raketlərinin bu ölkədən çıxarılmasına qərar verilib. Ankara və Vaşinqtonun birgə yaydıqları bəyanata görə, Türkiyədə NATO-nun daha geniş missiyası məqsədilə 2013-cü ildə yerləşdirilmiş “Patriot” raketləri təkmilləşdirilmək üçün Birləşmiş Ştatlara aparılacaq. Almaniyanın müdafiə naziri Ursula von der Leyen bildirib ki, “Patriot” raketləri və ona xidmət edən 250 Almaniya hərbçisi Türkiyə ərazisindən yanvarın 31-dək çıxarılacaq. Almaniya, ABŞ və Hollandiya Patriot raketlərini 2013-cü ildə NATO üzvü Türkiyənin xahişi ilə onun Suriya ilə sərhədinin möhkəmləndirilməsi üçün bu ölkədə yerləşdirmişdilər. Hollandiya korpusunun missiyası bu ilin əvvəllərində başa çatdıqdan sonra onu İspaniya hərbçiləri əvəz etmişdilər. Teqlər : #ABŞ və Almaniya Patriot raketlərini Türkiyədən çıxarır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə növbəti terror hadisəsi Küveytdə İmam Sadiq(ə) məscidində partlayışın törədilməsində ittiham edilənlərin məhkəmə iclası başladı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO