ABŞ və müttəfiqləri İraqda 12 min dinc insan öldürüb: ETİRAF

ABŞ və müttəfiqləri İraqda 12 min dinc insan öldürüb: ETİRAF

 
“ABŞ-ın başçılıq etdiyi koalisiyanın İraq və Suriyada İŞİD-ə qarşı keçirdiyi hava hücumları zamanı 12.000 dinc əhali həyatını itirib.”
 
Maide.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İraq Nümayəndəliyi məlumat yayıb. Məlumatda bildirilir ki, təkcə Fərat çayı ətrafında İŞİD-in əlində qalan az bir hissəni “azad etmək üçün” ABŞ-ın hava bombardmanı zamanı onlarla dinc sakin öldürülüb.
 
Qeyd edək ki, Fransa ordusunun polkovniki, “Wagram” döyüş dəstəsinin komandiri Fransua-Reji Leqrie (François-Regis Legrier) Fəratın şərqindəki Həcini İŞİD-dən azad etmək üçün 2018-ci ilin sentyabr ayından 2019-cy ilin yanvar ayına qədər keçirilən əməliyyatlar barədə məqalə yazıb. O, bildirib ki, düzdür biz (ABŞ-ın rəhbərlik etdiyi koalisiya) Həcində qələbə qazandıq. “Amma mövcud şəraiti nəzərə almadıq və bu səbəbdən xeyli dinc əhalinin həyatına son qoymuş olduq. Buna əsas səbəb isə bizim imkanımız olduğu halda əməliyyatı tez başa vurmamağımız idi. Biz həmçinin Həcində şəhərin bütün infrastruktunu məhv etdik və bununla azad olunan əhaliyə Qərbin azad etməsinin necə olduğunu onlara əyani göstərdik. Neçə dənə Həcin daha olmalıdır ki, biz getdiyimiz yolun səhv olduğunu başa düşək?”
 
Qısa müddət sonra bu məqalə dərc olunan saytdan yığışdırlıb və Fransa ordusunun sözçüsü Fransu-Rejinin bu məqaləyə görə cəzalandıracağını bildirib.

Google+ WhatsApp ok.ru