ABŞ vətəndaşlığını tərk edən amerikalıların sayında rekord artım

ABŞ vətəndaşlığını tərk edən amerikalıların sayında rekord artım

 

ABŞ xaricində yaşayan və vətəndaşlıqdan çıxan amerikalıların sayı 2020-ci ilin ilk rübündə rekord həddə çatıb.
 
Maide.Az xəbər verir ki, ABŞ Vergi Administrasiyasının (IRS) hər 3 ayda bir yaydığı Federal hesabata görə, 2020-ci ilin ilk üç ayında xaricdə yaşayan 2.909 amerikalı könüllü olaraq ABŞ vətəndaşlığından imtina edib.
 
ABŞ vətəndaşlığından imtina edənlərin sayı 2019-cu ilin son rübündə 261 olmasına baxmayaraq, bu ilin ilk rübündə bu rəqəm 1015 olub.
 
Ötən il cəmi 2 min 72 nəfər ABŞ vətəndaşlığından imtina edib.
 
Nyu-Yorkda yerləşən "Bambrige" mühasibat firması mütəxəssislərinin fikrincə, ikili vətəndaşı olan və xaricdə yaşayan amerikalılar Kovid-19-un yayılması səbəbiylə vergi yükünün artmasına görə ABŞ vətəndaşlığından imtina etmək istəyirlər.
 
Mütəxəssislər deyirlər ki, xaricdə yaşayan ABŞ vətəndaşları hər il öz gəlirlərini əhatə edən bütün xarici bank hesabları, investisiya və pensiyaları barədə hesabat verməli və ABŞ-a vergi ödəməlidirlər.
 
ABŞ-a qayıtmaq niyyətində olmayan amerikalılar da bu yükdən xilas olmaq üçün vətəndaşlıqdan çıxmağı üstün tuturlar.
 
Rəsmi qeydlərə görə, təxminən 9 milyon Amerika vətəndaşı ABŞ xaricində yaşayır.
 
Vətəndaşlıqdan çıxmaq istəyən amerikalılar ölkələrindəki ABŞ səfirliyinə müraciət etməli və 2 min 350 dollar ödəməlidirlər.
 
Vətəndaşlıqdan çıxanların sayı sonuncu dəfə Donald Trampın prezident seçildiyi 2016-cı ilin sonunda 2365 nəfərlə rekord qırıb.

Google+ WhatsApp ok.ru