ABŞ Xarici İşlər Nazirliyi: ABŞ BƏƏ-nin Suriya təklifini məmnuniyyətlə qarşıladı

ABŞ Səudiyyə Ərəbistanından sonra Birləşmiş Ərəb Əmrliklərinin də Suriyaya əsgər göndərməyə hazır olduğunu açıqlamasını məmnuniyyətlə qarşılayıb.
 
Maide.az xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi sözçüsü John Kirby gündəlik mətbuat konfransında bu barədə danışıb. 
 
Kirby, "Birləşmiş Ərəb Əmrlikləri irəli çıxaraq quru güclərinə dəstək verəcəyini söylədi. Bu məsələ Səudiyyə ərəbistanı xarici işlər naziri Adil bin Əhməd əl-Cubeyr ilə keçirdiyimiz son iki görüşdə müzakirə edilməmişdi. Bu vəziyyəti məmnuniyyətlə qarşılayırıq", - deyib.

Google+ WhatsApp ok.ru