ABŞ xüsusitəyinatlıları Yəməndə 16 uşaq və qadını qətliam edib - FOTO 31 Yanvar 2017 02:00 Yəmən ABŞ Ordusunun xüsusitəyinatlılardan ibarət bir bölüyü Yəməndə əl-Qaidəyə qarşı əməliyyat zamanı qətliam törədib. ABŞ xüsusitəyinatlılarının bu əməliyyatı Yəmənin əl-Bəyda əyalətində həyata keçirilib. ABŞ mənbələri bu əməliyyatın 30 hərbi təyyarə, helikopter və pilotsuz təyyarənin müşayiəti ilə baş tutduğunu bildiriblər. Əməliyyatda məqsəd əl-Qaidənin əlində olan ABŞ jurnalistini azad etmək olub. Lakin əməliyyat zamanı jurnalist də ölüb. ABŞ mənbələri bildirib ki, əl-Bəyda əyalətinin Yəkla bölgəsindəki bu əməliyyatda 40 əl-Qaidə üzvü, o cümlədən əl-Qaidənin Yəməndəki tanınmış üzvlərindən biri Əbdürrauf Zəhəb öldürülüb. Lakin "Anadolu Agentliyi"nin məlumatına görə az sonra burada 16 mülki şəxsin qətliam edildiyi ortaya çıxıb. Həmin cinayətlərin görüntülərini təqdim edirik: Teqlər : #ABŞ xüsusitəyinatlıları Yəməndə 16 uşaq və qadını qətliam edib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Müharibəyə görə hər 10 dəqiqədə 1 yəmənli uşaq həyatını itirir BMT: Səudiyyə Ərəbistanının Yəməndəki hücumları hərbi cinayət sayıla bilər
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'