ABŞ Yəmən müharibəsində Səudiyyə rejimini maliyyələşdirməyi dayandıracaq

ABŞ Yəmən müharibəsində Səudiyyə rejimini maliyyələşdirməyi dayandıracaq

Amerikalı demokrat konqresmen ABŞ-ın Yəməndəki müharibədə Səudiyyə rejiminin maliyyələşdirməsini dayandıracağını söylədi. “Twitter” səhifəsində demokrat konqresmen Ro Hannadan Yəmən müharibəsi üçün maliyyənin sona çatması ilə bağlı mesaj yerləşdirildi. Ro Hanna belə deyib: "Biz Səudiyyə rejiminə Yəmənə qarşı müharibədə maddi dəstəyi dayandıracağıq".
 
Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri Yəmənə hücum etmək və məzlum Yəmən xalqını öldürmək üçün Qərb istehsalı olan silahlardan istifadə edir. Məlıuma görə, keçmiş Tramp hökuməti, BƏƏ-yə 10 milyard dollar dəyərində silah, raket və bomba daxil olmaqla hərbi texnikasını satmaq niyyətində olduğu barədə qeyri-rəsmi açıqlama verib. Müasir silahların BƏƏ-yə satılması barədə razılaşma, Əbu-Dabini Yəmən müharibəsindəki roluna görə tənqid edən, Senatın Xarici Əlaqələr Komitəsi və ABŞ Nümayəndələr Palatası tərəfindən nəzərdən keçirilir.
 
Qeyd edək ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. / deyerler.org/ 
 

Google+ WhatsApp ok.ru