ABŞ Yaxın Şərqə yeni raket yerləşdirir

Maide.az xəbər verir ki, ABŞ Ordusu Sakit okean Komandanlığının rəhbəri Vincent Brooks THAAD raket əleyhinə müdafiə sisteminin Yaxın Şərq və Cənubi Koreyaya yerləşdirilməsi üçün hələ bir qərar olmadığını, ancaq sözügedən iki regionda raket əleyhinə müdafiə sisteminə ehtiyac duyulduğunu söyləyib.
 
 İranın adını çəkmədən üstüörtülü danışan amerikalı general Vincent Brooks, "Bu iki nöqtə üçün təcili ehtiyac var, çünki təhdid olaraq görünənlərin mövqeyi və bunu istifadə etmək istəkləri var", - deyib.
 
Amerikanın THAAD raket əleyhinə müdafiə sistemini Yaxın Şərqə yerləşdirmə səbəbinin İranın uzaqmənzilli raketləri olduğu bildirilir. ABŞ-ın bu planına ən böyük reaksiyanın Rusiya və Çindən gəlməsi gözlənilir.
 
 Birləşmiş Ərəb Əmirliyi, THAAD raket əleyhinə müdafiə sistemini 1.96 milyard dollar qarşılığında 2011-ci ildə satın almışdı.

Google+ WhatsApp ok.ru