ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir 22 Sentyabr 2019 11:49 Dünya ABŞ prezidenti Donald Trump Yaxın Şərqə əlavə qoşun göndərilməsi ilə bağlı sənədi imzalayıb. Cümə günü Pentaqondan verilən məlumata görə, həmin hərbi qüvvələr Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində hava hücumundan və raketdən müdafiə hissələrini gücləndirəcəklər. Müdafiə naziri Mark Esper bildirib ki, bu tədbirlər Səudiyyə və BƏƏ-nin müraciətlərinə əsasən həyata keçirilir və məqsəd müdafiədir. Bu həm də Amerikanın bölgədəki mövcudluğunu gücləndirmək üçün ilk addım kimi də qiymətləndirilir. ABŞ Silahlı Qüvvələrinin Birgə Baş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Dunford regiona nə qədər qoşun yerləşdiriləcəyini açıqlamayıb. O, bu barədə ətraflı məlumatın gələn həftə müdafiə naziriyi tərəfindən yayılacağını deyib. Yaxın Şərq regionunda hərbi birliklərin gücləndirilməsi ilə bağlı ABŞ müdafiə nazirliyinin qərarı Səudiyyə Ərəbistanının Aramco neft şirkətinə məxsus obyektlərin dron və raketlərlə vurulmasından sonra gündəmə gəlib. Teqlər : #ABŞ,#Yaxın,#Şərqə,#əlavə,#qüvvələr,#göndərir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir Pakistanda sərnişin avtobusu aşıb, ölkənlər var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO