ABŞ yenə qüvvələrini Yəmənə yeritdi

ABŞ yenə qüvvələrini Yəmənə yeritdi

ABŞ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yəmənin Şəbva rayonunda Ərəb Yarımadası Əl-Qaidəsi (AQAP) terror təşkilatına qarşı əməliyyatlarına dəstək vermək üçün Yəməndə əsgərlərini yerləşdirib.
 
Pentaqon sözçüsü polkovnik Cef Deyvis keçirdiyi mətbuat konfransında, bu barədə açıqlama verib. O, ABŞ-ın kəşfiyyat dəstəyi və hava hücumları ilə yanaşı BƏƏ əməliyyatlarına dəstək vermək məqsədilə kiçik bir xüsusi qüvvə qrupunu Yəmənə göndərdiyini deyib.
 
ABŞ əsgərlərinin tövsiyə və taktika dəstəyi verdiyini deyən polkovnik Deyvis, sözlərini belə davam etdirib: “Biz orada zəruri olan səviyyədə hava hücumu və səlahiyyətlər çərçivəsində zəruri olan miqyasda quru əməliyyatları hazırlayırıq. Ancaq bu əməliyyatın hədəfi BƏƏ-nin elan etdiyi Şəbva əməliyyatının əsas mərkəzidir, ora daxil olub Şebva rayonunda AQAP-ın əlində olan əraziləri təmizləməkdir".
 
Əsgərlərin orada birbaşa qarşıdurmaya daxil olmayacağını deyən Deyvis, əsgərlərin sayına dair bir məlumat verməyib.
 
Xatırladaq ki, 2014-cü ildə Ənsarullah paytaxt Sənada nəzarəti ələ almasından qısa bir müddət sonra, ABŞ Yəməndəki əsgərlərini geri çəkdi. (deyerler) /

Google+ WhatsApp ok.ru