ABŞ-da 400 min  insan kölə kimi yaşayır

ABŞ-da 400 min insan kölə kimi yaşayır

Walk Free dərnəyinin araşdırmalarına görə, dünyada 40 milyon 300 min insan hazırda kölə kimi yaşayır və onların 400 mindən çoxu  ABŞ-dadır. 
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki,bu indeksə görə, insan alveri, məcburi əmək, borc əsarəti, məcburi evlilik və cinsi istismar yoluyla kölələşdirilən 40 milyon 300 min insanın 403 min nəfəri ABŞ-da yaşayır. . 
 
Araşdırmaya görə, ABŞ-da hər 800 nəfərdən bir nəfər modern kölə olaraq yaşayır. 
 
Böyük Britaniyada 136 min modern kölə olduğunu açıqlayan hesabat, Avstraliya, Fransa və digər Avropa ölkələrində də modern kölə sayının artdığını vurğulayıb. 
 
İndeksə əsasən, əhalisinin sayına görə, ən çox köləlik faizinin müşahidə edildiyi ölkə isə Şimali Koreyadır. Şimali Koreyada "hər 10 nəfərdən birinin məcburi əməyə cəlb olunduğu”  qeyd olunur və modern kölələrin sayının  2 milyon 600 min nəfər olduğu təxmin edilir.
 
Modern kölələrin sayına görə, növbəti yerdə Eritrə, Burundi, Mərkəzi Afrika Respublikası və Əfqanıstan durur. 
 
Hesabatda Hindistanda müasir qulların sayının 2016-ci ildə 18 milyon 400 min nəfər olduğu və bu rəqəmin hazırda  8 milyon nəfərə qədər azaldığı qeyd olunur. 
 
Modern köləlik bir nəfərin təhdid və zorakılıqla işləməyə məcbur edilməsi, istismarı mənasını daşıyır. BMT-nin İnsan Ticarəti Protokolu çərçivəsində 124 ölkə insan alverini cinayət hesab edir. 
 
Walk Free dərnəyi 2012-ci ildə modern köləlik və insan alverinə diqqəti cəlb etmək üçün avstraliyalı milyarder, mədənçi Endryu Forrest tərəfindən qurulub. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru