ABŞ-da basketbolçuya hicabla oynamağa icazə verilmədi

ABŞ-da basketbolçuya hicabla oynamağa icazə verilmədi

-- 16 yaşlı Nasih Tompson...

ABŞ-ın Filadelfiya ştatında məktəblərarası basketbol turnirində hicablı basketbolçuya oynamağa icazə verilməyib.
 
Maide.Az "İslam Today"a istinadən xəbər verir ki, 16 yaşlı Nasih Tompson meydana çıxmaq istəyərkən hakim ona yaxınlaşıb və hicabla oynamasına icazə verməyəcəyini deyib.
 
Məlumata görə, idmançı qızdan hicab üçün xüsusi icazə kağızı tələb edilib.
 
Qızın valideynləri bu məsələni hüquqi müstəviyə daşıyacaqlarını və sona qədər mübarizə aparacaqlarını söyləyiblər.
 
Məlumat üçün bildirək ki, basketbol üzrə tənzimləyici qurumlar basketbolçuların hicabla oynamağına icazə verir.

 

Google+ WhatsApp ok.ru