ABŞ-da bazada hadisə - 22 hərbiçi yaralandı

ABŞ-da bazada hadisə - 22 hərbiçi yaralandı

ABŞ-ın Kaliforniya ştatındakı “Fort Hunter Ligget” hərbi bazasında təlim zamanı hadisə baş verib.
 
Maide.Az “Posta”ya istinadən xəbər verir ki, “UH-60 Blackhawk” model helikopter eniş edərkən yaratdığı  güclü külək bir çadırı uçurub.
 
Hadisə nəticəsində 22 əsgər yaralanıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
 

Google+ WhatsApp ok.ru