ABŞ-da daşqınlar 7 minə yaxın evə zərər vurub

ABŞ-da daşqınlar 7 minə yaxın evə zərər vurub

ABŞ-ın İllinoys ştatında daşqınlar təxminən 7 minə yaxın evə ziyan vurub.
 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
 
Agentliyin məlumatına görə, daşqınlardan zərər çəkən evlərin sayı 6,8 mindir. Bu zaman Çikaqonun şimalında 2,1 min evin yarısı güclü daşqınlar nəticəsində su altında qalıb.
 
Hökumətin hesablamalarına görə, su basmış evlərin sayı 5,8 minə qədər arta bilər. Məlumatda bildirilir ki, ştatın qubernatoru Bryus Royner üç dairəni təbii fəlakət zonaları elan edib. O, həmçinin bu bölgələrə hər cür zəruri yardım göstərməyə söz verib.
 
Agentliyin məlumatında həmçinin qeyd edilir ki, güclü leysan yağış ştatda elektrik enerjisi təminatında fasilələrə gətirib çıxardı və yolların bəzi hissələrinin bağlanmasına səbəb olub. Təbii fəlakət səbəbindən "Lake Forest Hospital" Çikaqo ətrafına təxliyə olunub.

Google+ WhatsApp ok.ru